Rusiyada hərbi aerodroma PUA ilə hücum edildi - 3 ölü

Rusiyada hərbi aerodroma PUA ilə hücum edildi - 3 ölü
Gündəm 26 Dekabr 2022 09:50

Rusiyanın hava hücumundan müdafiə vasitələri ölkənin Saratov vilayətində “Engels” hərbi aerodromuna yaxınlaşan pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. 

“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Məlumata görə, sözügedən PUA Ukrayna Silahlı Qüvvələrinə məxsus olub. 

Bildirilir ki, PUA-nın qalıqlarının yerə düşməsi nəticəsində aerodromda olan 3 rusiyalı hərbçi dünyasını dəyişib. 

Hadisə nəticəsində hər hansı aviasiya texnikasına zərər dəyməyib./Qafqazinfo