İranda "Şeb-i Yelda"ya hazırlıqlar başlayıb
İranda ilin ən uzun gecəsi olan "Şeb-i Yelda"ya hazırlıqlar başlayıb.Paytaxt Tehranda insanlar alış-veriş üçün Böyük Bazara axışıb.
İranlılar deyir ki, bu gecədə ailəlikcə bir araya gəlirlər: "Bir-birimizə hədiyyələr veririk. Qarpız, nar və müxtəlif şirniyyatlar alınır. Bu axşama özəl qurudulmuş meyvələr də süfrədə olur".
Tehrana alış-verişə gedən insanlar sırf Şeb-i Yelda üçün lazım olan ərzaqların baha olmasından da şikayətləniblər. Bəzi iranlılar baha olduğundan alış-veriş edə bilmədiklərini, bəziləri isə mövcud vəziyyətə öyrəşməli olduqlarını bildiriblər.
Satıcılar əvvəlki illə müqayisədə qiymətlərdə artım olduğunu deyirlər. Əvvəlki kimi ucuz deyil, baha olduğundan satışda azalma var. Ancaq yenə də insanlar Yelda gecəsi üçün alış-veriş edirlər”.
Yelda və ya Çillə gecəsi kimi tanınan bu gecə üçün hazırlanan süfrələrdə qarpız, nar və onlarla quru meyvə olur. İranlı ailələr xoşbəxtlik və bolluq gətirdiyinə inandıqları bu gecədə bir araya gəlir, bir-birlərinə hədiyyələr verir, şeirlər deyirlər.
Seymur,
SİTAT.İNFO