Torpaq sürüşməsində 16 nəfər öldü, 17 nəfər itkin düşdü - VİDEO
Malaziyanın Selangor şəhərində düşərgədə baş verən sürüşmə nəticəsində 16 nəfər ölüb, 17 nəfər itkin düşüb.
Sitat.info xəbər verir ki, dövlət qurumlarından bildirilən məlumatda, təbii fəlakət nəticəsində 16 nəfər, o cümlədən 5 yaşlı uşaq ölüb, 7 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib, 17 nəfər isə itkin düşüb. Sürüşmə zamanı ərazidə təxminən 94 nəfərin olduğu güman edilir.
Axtarış-xilasetmə işləri trek itləri də daxil olmaqla 400-dən çox personalla davam edir.
Səid İsaoğlu,
Sitat.info