Türkiyədə dəhşətli hadisə: 8 polis əməkdaşı yaralandı - Video

Türkiyədə dəhşətli hadisə: 8 polis əməkdaşı yaralandı - Video
HADİSƏ 16 Dekabr 2022 09:29

Türkiyədə Diyarbəkir-Mardin yolu üzərində park edilmiş avtomobil partladılıb. 

Sitat.info xəbər verir ki, çevik polis maşınının ərazidən keçdiyi zaman avtomobildə olan partlayıcı işə salınıb.

Avtomobilin partladılması nəticəsində 8 polis əməkdaşı yaralanıb.

Əraziyə xilasedicilər cəlb ediliblər. Yaralıların olduğu bildirilir.

/Baku.ws