Azərbaycanda yük avtomobilləri toqquşub - FOTO

Azərbaycanda yük avtomobilləri toqquşub - FOTO
HADİSƏ 15 Dekabr 2022 21:07

Şəmkirdə iki yük avtomobili toqquşub.

Hadisə Bakı-Qazax yolunun rayonun ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “MAN" markalı yük maşını "Qazel" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib, xüsusilə "Qazel" yararsız hala düşüb.

İlkin məlumata görə, qəzaya səbəb "MAN" markalı yük maşının sürücüsünün yol kənarında heç bir xəbərdaredici nişan olmadan dayanması olub.

Faktla bağlı araşdırma başlanılıb.//APA

Azərbaycanda yük avtomobilləri toqquşub - FOTO Azərbaycanda yük avtomobilləri toqquşub - FOTO