Kəlbəcərdə şirkətə məxsus yük avtomobili qaçırıldı
Kəlbəcər rayonu ərazisində inşaat şirkətinə məxsus HOWO markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sitat.info-ya məlumat verilib.
Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada sürücü işləyən Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb. Avtomobil şirkətə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.