Qusarda avtomobil 58 yaşlı piyadanı vuraraq öldürüb 

Qusarda avtomobil 58 yaşlı piyadanı vuraraq öldürüb 
HADİSƏ 14 Dekabr 2022 22:43

Qusar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qusar-Xudat yolu ərazisində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Vəlibəyov Nizami Şövkət oğlunu "VAZ-2107" markalı avtomobil vurub.

Məlumata görə, N.Vəlibəyov aldığı xəsarətlərdən ölüb.

Onun meyiti Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisəni törədərək ərazidən uzaqlaşan sürücünün kimliyi araşdırılır.//"Report"