Metroda oğurluq edən şəxs saxlanıldı

Metroda oğurluq edən şəxs saxlanıldı
HADİSƏ 10 Dekabr 2022 13:42

Metroda oğurluq edən şəxs saxlanılıb.

Sitat.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, metrostansiyada Hacıqabul rayon sakini olan bir qadın sərnişinin çantasından içərisində pulu olan cüzdanının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Samir Nəcəfov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.