Minik maşını çörək sexinə çırpılıb - FOTO

Minik maşını çörək sexinə çırpılıb - FOTO
HADİSƏ 08 Dekabr 2022 21:01

Gəncədə yol qəzası olub.

SİTAT.İNFO-nun APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə minik maşını yol kənarındakı işıq dirəyinə daha sonra çörək bişirmə sexinə çırpılıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb, minik maşınına və çörək sexinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Minik maşını çörək sexinə çırpılıb - FOTO Minik maşını çörək sexinə çırpılıb - FOTO