Putin Ukraynaya qarşı savaşanları əsl kişi adlandırıb

Putin Ukraynaya qarşı savaşanları əsl kişi adlandırıb
Dünya 02 Dekabr 2022 21:49

Putin Ukraynaya qarşı "xüsusi əməliyyatda" iştirak edənləri əsl kişi adlandırıb. Rusiya prezidentinin sözlərinə görə, yaralı əsgərlərin tezliklə sağalması üçün hər cür şərait yaradılmalıdır.

Sitat.info xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin cümə günü əlillər və ictimai təşkilatların nümayəndələri ilə  görüşündə vurğulayıb.
İlk növbədə, xüsusi hərbi əməliyyat zamanı ağır yaralanan əsgər və zabitlərə dövlət orqanları hərtərəfli dəstək verməlidir. Onlar yüksək keyfiyyətli, müasir səviyyədə, tibbi, sosial reabilitasiya ilə əhatə olunmalı, tezliklə sağalmaları  üçün lazım olan hər şeylə təmin edilməlidirlər”, - Putin bildirib.

"Bu insanlar əsl kişilərdir, ölkəmizin müdafiəçiləridir, qəhrəmanlarımızdır, öz hərbi borclarını şərəflə yerinə yetiriblər. İndi bizim vəzifəmiz onların qarşısında borcumuzu yerinə yetirməkdir".

Nərgiz,

Sitat.info