Çin Britaniyanı “daxili işlərinə qarışmaqda” ittiham edir
Çinin Londondakı səfirliyi Britaniya qanunvericilərinin Tayvana səfəri ilə bağlı Böyük Britaniyanı “Çinin daxili işlərinə qarışmaqda” ittiham edib.
“Çin tərəfi Britaniya tərəfini öz öhdəliyinə əməl etməyə, bu hərəkəti dayandırmağa və Çinin daxili işlərinə qarışmamağa çağırır”, - bəyanatda deyilir.
Çinin bəyanatına cavab verən komitə sədri Alicia Kearns, "Demokratik ölkələrin bir-biri ilə dialoqa girməsi tamamilə doğrudur. Çin Kommunist Partiyası Britaniya millət vəkillərinə qarşı sanksiyalar tətbiq edərək dialoqu bağlamaq yolunu seçsə də, mən bunun vacib olduğuna inanıram"
Qeyd edək ki, Britaniya deputatlarından ibarət komitə bu gün Tayvanın baş naziri Su Tseng-chang ilə, sabah isə Tayvanın lideri Tsai Inq-Ven ilə görüşəcək.
Məğrur,
Sitat.info