Yevlaxda iki yük maşını toqquşdu

Yevlaxda iki yük maşını toqquşdu
HADİSƏ 01 Dekabr 2022 18:20

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb. 

Hərəkətdə olan iki "Kamaz" markalı yük maşını qəza törədib.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillər yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.