Şuşada SOCAR-ın maşını aşdı - Ölən var

Şuşada SOCAR-ın maşını aşdı - Ölən var
HADİSƏ 01 Dekabr 2022 11:49

Şuşada SOCAR-a məxsus yük maşını aşıb, sürücü vəfat edib.

“Sitat.info”nun məlumatına görə, hadisə bu gün Daşaltı kəndində baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, yanacaq daşıyan “Mercedes” markalı yük avtomobili idarəetməni itirərək aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Yola dağılmış yanacaq polis və FHN əməkdaşları tərəfindən yoldan təmizlənib.

Faktla bağlı araşdırma aparılır.