Bakıda sərnişin avtobusu işıq dirəyinə, daha sonra ağaca çırpılıb

Bakıda sərnişin avtobusu işıq dirəyinə, daha sonra ağaca çırpılıb
HADİSƏ 30 Noyabr 2022 21:15

Bakının Səbail rayonunda yol qəzası baş verib.

SİTAT.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə Şeyx Şamil küçəsində qeydə alınıb.

Belə ki, 31 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan “Daewoo” markalı sərnişin avtobusunun sürücüsü sükana nəzarəti itirərək yol kənarında əvvəlcə işıq dirəyinə çırpılaraq dirəyi aşırıb. İdarəetmədən çıxan avtobus ağaca dəyərək dayanıb.

Qəzada xəsarət alanın olduğu deyilir.