Ukrayna NATO-dan yardımları sürətləndirməyi tələb etdi
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba NATO müttəfiqlərindən Rusiya ilə müharibədə verdikləri dəstəyin, hərbi və qeyri-hərbi yardımın “daha tez” çatdırılmasını tələb edib.
Daha əvvəl NATO-dan silah istədiklərini, silah verildiyi üçün torpaqların əksər hissəsinin Rusiya işğalından azad edildiyini qeyd edən Kuleba, növbəti yardımların tez bir zamanda göndərilməsini istəyib.
"Rusiyanı məğlub edə biləcəyimizi sübut etdik. Qərb ölkələrində silah istehsalı və onların çatdırılması ilə bağlı qərarlar daha sürətli olmalıdır".
Kuleba, Rusiyanın hücumları nəticəsində dağılan enerji infrastrukturunun təmiri üçün lazım olan materialların əhəmiyyətini də vurğulayıb.
Nərgiz,
Sitat.info