Tayvan Administrasiyasının rəhbəri hakim partiyanın sədri vəzifəsindən getdi

Tayvan Administrasiyasının rəhbəri hakim partiyanın sədri vəzifəsindən getdi
SİYASƏT 27 Noyabr 2022 17:01

Tayvan Administrasiyasının rəhbəri Tsay İnven adadakı hakim Demokratik Mütərəqqi Partiyanın sədri vəzifəsini tərk edib.

Bu barədə Tayvanın Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, o, yerlərdə hakimiyyət orqanlarına keçirilmiş seçkilərdə partiyanın məğlub olmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Mənbə: TASS