Universitet müəllimi oğlunun məzarı üstündə vəfat etdi

Universitet müəllimi oğlunun məzarı üstündə vəfat etdi
HADİSƏ 24 Noyabr 2022 14:42

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris departamentinin direktor müavini, dosent Ənvər İmanov vəfat edib.

Bu barədə “Sitat.info”ya universitetdən məlumat verilib. Bildirilib ki, 70 yaşlı müəllim oğlunun məzarını ziyatərətə gedərkən qəfil ürəktutmadan vafat edib. 

Ə.İmanov bir il əvvəl gənc oğlunu itirib və bundan sonra səhhətində problem yaranıb.