Kiyevin 80%-i susuz və işıqsızdır

Kiyevin 80%-i susuz və işıqsızdır
Dünya 23 Noyabr 2022 22:46

Noyabrın 24-ü səhər saatlarına qədər Kiyevin evlərində su təchizatı və istilik təchizatı bərpa olunmalıdır. Bu barədə çərşənbə günü Kiyev Şəhər Hərbi İdarəsində elan edilib.

Sitat.info xəbər verir ki, bu barədə Ukraynanın "Klymenko Time" məlumat yayıb. Məlumatda deyilir ki, "Fövqəladə rejimdə elektrik enerjisi verilişi sönür. Elərdə su və istilik noyabrın 24-ü səhər saatlarına qədər bərpa olunmalıdır

Kiyevdəki zərbələr nəticəsində elektrik paylayıcı şəbəkələr tez-tez sıradan çıxır. Paytaxtın bəzi əraziləri işıqsız qalıb.

Kiyevdə elektrik enerjisi və su təchizatının bərpası 10 saata qədər vaxt apara bilər, indi şəhərin 80%-i su və işıqsızdır.

Səid İsaoğlu,

Sitat.info