Bakının bu rayonunda su kəsiləcək

Bakının bu rayonunda su kəsiləcək
HADİSƏ 23 Noyabr 2022 18:51

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsinə, Şıx və 20-ci Sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

SİTAT.İNFO xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.