Şəmkirdə toydan qayıdanlar avtomobil qəzasına düşüb, xəsarət alanlar var

Şəmkirdə toydan qayıdanlar avtomobil qəzasına düşüb, xəsarət alanlar var
HADİSƏ 22 Noyabr 2022 22:38

Şəmkirdə toydan qayıdanlar avtomobil qəzasına düşüb, xəsarət alanlar var.

Rayonun Sərxan kənd ərazisində "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Nəticədə 1990-cı il təvəllüdlü Qulu Tağıyev və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Hər ikisi xəstəxanaya aparılıb.

Q.Tağıyevin vəziyyəti ağır olduğundan onun Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.//"Report"