Mülki infrastruktura hücumlar Ukraynanı danışıqlara vadar edir - Kreml etiraf edib

Mülki infrastruktura hücumlar Ukraynanı danışıqlara vadar edir - Kreml etiraf edib
Dünya 17 Noyabr 2022 18:10

Kreml Ukrayna şəhərlərində işıq və istiliyin olmamasını danışıqlardan imtina edən Kiyev hakimiyyətinin hərəkətlərinin nəticəsi adlandırıb.

Sitat.info xəbər verir ki, Kremlin ruporu Dmitri Peskov bildirib ki, Rusiya yalnız “birbaşa və ya dolayısı ilə Ukraynanın və Ukrayna rejiminin hərbi potensialına aid olan” infrastruktur obyektlərinə hücum edib”.

Onun sözlərinə görə, işığın və istiliyin olmaması "problemi həll etmək istəməyən" Ukrayna hakimiyyətinin hərəkətlərinin nəticəsidir.

Səid,

SİTAT.İNFO