Türkiyə hərbçisi İraqda şəhid olub

Türkiyə hərbçisi İraqda şəhid olub
HADİSƏ 17 Noyabr 2022 16:47

Türkiyə Silahlı Qüvvələrinin baş çavuşu Sinan İnak İraqda şəhid olub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, terrorçular Türkiyə hərbçilərinə atəş açıb. Nəticədə S.İnak şəhid olub.

Hadisə “Pençe-Kilit” bölgəsində baş verib.

Türkiyə hərbçisi İraqda şəhid olub 

Qeyd edək ki, Türkiyə hərbçiləri İraqın şimalında “Pençe-Kilit” adı altında antiterror əməliyyatı keçirirlər.