Rəşad Dağlıya görə izdiham - Video

Rəşad Dağlıya görə izdiham - Video
HADİSƏ 10 Noyabr 2022 20:38

Hazırda Qaradağ Rayon Prokurorluğu qarşısında meyxanaçı Rəşad Dağlıya görə izdiham yaşanır.

"Qafqazinfo" xəbər verir ki, axşam saatları olmasına baxmayaraq, meyxanaçının pərəstişkarları və yaxınları binanın önündədir.

Belə ki, onlar həmin əraziyə axışaraq R.Dağlıya dəstək nümayiş etdiriblər.

Az sonra meyxanaçının Qaradağ Rayon Məhkəməsinə aparılacağı və barəsində həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir. Əldə etdiyimiz məlumata görə, artıq istintaq orqanı tərəfindən meyxanaçı barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.