İlk dəfədir ki, raket Cənubi Koreyaya yaxın əraziyə düşür

İlk dəfədir ki, raket Cənubi Koreyaya yaxın əraziyə düşür
Dünya 03 Noyabr 2022 08:03

Pxenyan ehtiyatsız addımlar atır.

Sitat.info xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər nazirinin müavini Anne-Mari Trevelyan deyib.

"Böyük Britaniya noyabrın 2-də Şimali Koreyanın misli görünməmiş sayda raket buraxmasını pisləyir. İlk dəfədir ki, ballistik raket Cənubi Koreyanın ərazi sularına bu qədər yaxından buraxılır və bu, Şimali Koreyanın ehtiyatsız hərəkətlərini nümayiş etdirir”, - Trevelyan qeyd edib.

/Axar.az