Bakıda yaşayış evində yanğın: FHN məlumat yaydı - Video

Bakıda yaşayış evində yanğın: FHN məlumat yaydı - Video
HADİSƏ 02 Noyabr 2022 22:27

Bakı şəhəri, Xətai rayonu Polad Həşimov küçəsində yerləşən birmərtəbəli yaşayış evində yanğın başlayıb.

Sitat.info Report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib.

İlkin məlumatə görə, olay nəticəsində xəsarət alan yoxdur.

***

Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.