Rusiya tankları Luqanskdan daxil olub- Ukrayna açıqladı

Rusiya tankları Luqanskdan daxil olub- Ukrayna açıqladı
Dünya 24 Fevral 2022 12:44

Ukrayna Dövlət Sərhəd Xidməti Rusiya tanklarının separatçıların rəhbərlik etdiyi Luqanks  bölgəsindəmn sərhədi keçdiyini açıqlayıb.

Rusiya Ukraynada əməliyyat əmri verdikdən sonra ölkənin bir çox şəhərlərinə hücumlar başlayıb.

Ukrayna Dövlət Sərhəd Xidmətindən verilən açıqlamada, “Rusiya tankları separatçı Luqansk vilayətinin Krasna Talivka, Milove və Horodışçe bölgələrindən daxil olub. Bu bölgələr istiqamətində  hərbi münaqişələr davam edir.

Ukrayna silahlı qüvvələri müdafiəni davam etdirir”, - məlumatda deyilir.