"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

\"Formula 1\": \"Red Bull\" komandası böyük məbləğdə cərimələnib
HADİSƏ 28 Oktyabr 2022 19:23

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandası böyük məbləğdə cərimələnib.

Sitat.info Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən xəbər verir ki, Avstriya təmsilçisi maliyyə reqlamentini pozduğu üçün 7 milyon ABŞ dolları ziyana düşüb.

İkiqat dünya çempionu Maks Ferstappenin çıxış etdiyi komanda büdcə həddini 2,2 milyon dollar keçib.

Qeyd edək ki, "Aston Martin" isə prosedur pozuntusuna görə cərimə olunub.