İstanbulda PARTLAYIŞ: Ölən və yaralananlar var - FOTOLAR

İstanbulda PARTLAYIŞ: Ölən və yaralananlar var - FOTOLAR
HADİSƏ 28 Oktyabr 2022 13:48

Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda partlayış baş verib.

Sitat.info BAKU.WS-ə istinadla xəbər verir ki, sənaye bölgəsində iş yerində partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılardan 1-nin vəziyyətinin ağır olduğu bildirilir. 

Məlumata görə, hadisə yerinə çox sayda polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım heyəti cəlb olunub.

Hadisəyə  səbəb kimi oksigen balonunun partlaması göstərilir.