Azərbaycanda polis özünü ehtiyatsızlıqdan öldürdü

Azərbaycanda polis özünü ehtiyatsızlıqdan öldürdü
HADİSƏ 28 Oktyabr 2022 10:42

Laçın Rayon Polis Şöbəsinin əməkdaşı ehtiyatsızlıqdan ölüb.

DİN Mətbuat Xidmətindən “Sitat.info”ya bildirilib ki, bu gün Laçın RPŞ-nin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranmağı nəticəsində açılan atəşdən xəsarət alıb.

Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.