"Polat Alemdar"ın vəziyyəti pisləşdi

\"Polat Alemdar\"ın vəziyyəti pisləşdi
MƏDƏNİYYƏT 28 Oktyabr 2022 09:07

“Kurtlar Vadisi” serialında “Polat Alemdar” obrazı ilə məşhurlaşan aktyor Necati Şaşmaz əməliyyat olunub.

Bakupost.az türk mediasına istinadla bildirir ki, aktyorun vəziyyəti ötən gün günorta saatlarında pisləşərək xəstəxanaya yerləşdirilib. Daha sonra Şaşmaz koronar angioqrafiya (anju) əməliyyatına alınıb.
3 saat davam edən əməliyyatdan sonra o, reanimasiyaya yerləşdirilib.
Məlumata görə, hazırda vəziyyəti yaxşıdır.