Azərbaycanda mikroavtobus sürücüsü sükan arxasında öldü

Azərbaycanda mikroavtobus sürücüsü sükan arxasında öldü
HADİSƏ 26 Oktyabr 2022 23:46

Azərbaycanda sürücü sükan arxasında ölüb.

“Sitat.info” “Unikal”a istinadən xəbər verir ki, hadisə bu gün Qobustan rayonu ərazisində baş verib.

Belə ki, Bakı-Qax marşrutu üzrə fəaliyyət göstərən “Mersedes Vito” markalı sərnişin mikroavtobusunun sürücüsü sükan arxasında halı pisləşib.

O, Qobustan rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla baglı araşdırma aparılır.