Tacikistan Qırğızıstanın sərhədi yaxınlığında döyüş mövqeləri hazırlayır

Tacikistan Qırğızıstanın sərhədi yaxınlığında döyüş mövqeləri hazırlayır
Dünya 19 Oktyabr 2022 22:24

Tacikistan Qırğızıstanın sərhədi yaxınlığında döyüş mövqeləri hazırlayır.

Bu barədə Sitat.info Qırğızıstan sərhəd xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, tacik hərbçiləri Qırğızıstanla sərhədin bütün perimetri boyu xəndəklər qazırlar. Həmçinin Qırğızıstan tərəfi sərhədi pozaraq kəşfiyyat aparan pilotsuz uçan aparatlardan istifadə olunması ilə bağlı 10 fakt açıqlayıb.

Bundan əvvəl Qırğızıstanın müdafiə naziri Baktıbek Bekbolotov sülhün qorunması üçün Tacikistanla sərhəddə KTMT qüvvələrinin yerləşdirilməsini təklif etmişdi.