İlham Əliyev: “Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əsas rol oynayır”

İlham Əliyev: “Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əsas rol oynayır”
SİYASƏT 22 Fevral 2022 16:18

“Rusiya Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında mühüm rol oynayıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdə deyib.

Prezident İlham Əliyev qeyd edib ki, məhz Rusiyanın səyi nəticəsində proses hərbi fazadan siyasi-diplomatik mərhələyə keçib.

Dövlət başçısı Rusiyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normalılaşmasında da əsas rola malik olduğunu vurğulayıb: “Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında, normal qonşuluq münasibətlərinin yaranmasında əsas rol oynayır”.

İlham Əliyev: “Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əsas rol oynayır”