Rusiyada məktəbdə dəhşət: Şagirdlər güllələndi... - Video

Rusiyada məktəbdə dəhşət: Şagirdlər güllələndi... - Video
Dünya 26 Sentyabr 2022 12:13

Rusiyanın İjevsk şəhərindəki 88 saylı orta məktəbdə atışma baş verib.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, naməlum şəxs öncə məktəbin mühafizəçisini güllələyib. Daha sonra məktəbə daxil olaraq məktəblilərə atəş açmağa başlayıb.

Yaralıların olduğu bildirilir.

Rusiya mətbuatı atışma nəticəsində 7 nəfərin öldüyünü bildirib.

Ölənlərdən 3-ü uşaqdır.