Balakəndə ağır qəza: 1 ölü, 3 yaralı

Balakəndə ağır qəza: 1 ölü, 3 yaralı
HADİSƏ 12 Sentyabr 2022 09:46

Balakən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Sitat.info Report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 2 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.