Astarada baş vermiş yanğın söndürülüb

Astarada baş vermiş yanğın söndürülüb
HADİSƏ 02 Sentyabr 2022 16:21

Astara rayonunun Şəvqo kəndi yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb.

Bu barədə “Sitat.info”ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində təxminən 2 hektar sahədə kol-kos və qurumuş ağaclar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.