Bakının mərkəzində DƏHŞƏT: “Öləcəkdim, ” 2 balam yetim qalacaqdı

Bakının mərkəzində DƏHŞƏT: “Öləcəkdim, ” 2 balam yetim qalacaqdı
HADİSƏ 01 Sentyabr 2022 16:17

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova Bakının mərkəzində ölümdən dönüb.

Sitat.info xəbər verir ki, o bu barədə "Facebook" səhifəsində paylaşım edib.

“Bu gün günorta kiminsə səhlənkarlığının qurbanı olacaqdım. “Sahil” metrosunun üstündəki binanın sonuncu mərtəbəsinin eyvanından qopan daşlar başıma düşəcəkdi, öləcəkdim, 2 balam da yetim qalacaqdı. Hələ də əllərim əsir. Əcəl ilə mənim aramda bir neçə santimetr var idi...” - Fəridə Aslanova yazıb.

O vurğulayıb ki, həmin binanın fasadına, eyvanına ciddi baxış keçirilməlidir.

 

/Musavat

Bakının mərkəzində DƏHŞƏT: “Öləcəkdim, ” 2 balam yetim qalacaqdı Bakının mərkəzində DƏHŞƏT: “Öləcəkdim, ” 2 balam yetim qalacaqdı Bakının mərkəzində DƏHŞƏT: “Öləcəkdim, ” 2 balam yetim qalacaqdı