Ermənistanda Türkiyə vətəndaşlarının iştirakı ilə dava oldu

Ermənistanda Türkiyə vətəndaşlarının iştirakı ilə dava oldu
HADİSƏ 01 Sentyabr 2022 15:44

“Ermənistanın Vedi şəhərində Türkiyə vətəndaşlarının iştirakı ilə insident baş verib”.

“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı “News.am” yayıb.

Davada iştirak edən Türkiyə vətəndaşlarının evli cütlük olduğu iddia edilir. Hadisə ilə bağlı digər detallar açıqlanmayıb.

Ermənistanın İstintaq Komitəsinin hazırda insidentlə bağlı araşdırma apardığı bildirilib.

/Qafqazinfo