Şəmkirdə istixanada yanğın OLDU

Şəmkirdə istixanada yanğın OLDU
HADİSƏ 22 Avqust 2022 20:22

Şəmkir rayonunun Əliyaqublu kəndində ümumi sahəsi 6000 m² olan istixananın polietilendən ibarət üzlüyü 600 m² sahədə və yaxınlıqda 800 m² sahədə quru ot və kol-kos yanıb.

Sitat.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, istixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.