Qubada yanğın lokallaşdırılıb

Qubada yanğın lokallaşdırılıb
HADİSƏ 20 Avqust 2022 13:31

“Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb. Hazırda bir qədər  tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur”. 

“Sitat.info” xəbər verir ki, bunu Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov  bildirib.

O qeyd edib ki, Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib: “Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.

 

 

Qubada yanğın lokallaşdırılıb Qubada yanğın lokallaşdırılıb Qubada yanğın lokallaşdırılıb