Qərb kəşfiyyatı: Ukrayna Kremlə psixoloji təsir edir

Qərb kəşfiyyatı: Ukrayna Kremlə psixoloji təsir edir
Dünya 20 Avqust 2022 08:54

Rusiyanın Belqorod şəhərindəki hərbi obyektləri Ukrayna ordusu üçün qanuni hədəflərdir.

Sitat.info xəbər verir ki, bunu Qərb kəşfiyyatının adı açıqlanmayan nümayəndəsi deyib.

O bildirib ki, Ukraynanın Rusiya ordusuna hücumları federasiya rəhbərliyinə ciddi psixoloji təsir edir:

"Mən hücumlar və partlayışlarda azalma görmürəm. Düşünürəm ki, hətta son zamanlar bu hadisələrdə daha çox artım olduğunu müşahidə edirik".