Rusiya onu Xarkova “rəhbər” təyin etdi

Rusiya onu Xarkova “rəhbər” təyin etdi
Dünya 19 Avqust 2022 18:21

Rusiyanın Krasnodar şəhərinin (Krasnodar vilayətinin inzibati mərkəzi) meri Andrey Alekseyenko Xarkov vilayətinin işğal olunmuş hissəsinə “rəhbər” təyin edilib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya və Ukrayna agentlikləri məlumat yayıblar.

Qeyd edək ki, bu gün Krasnodar şəhər şurasının deputatları merin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə səs veriblər.

Yeni sənədə görə, keçmiş mer qondarma Xarkov vilayətinin hərbi-mülki administrasiyası rəhbərinin birinci müavini, yəni Xarkov vilayətinin “nazirlər şurasının rəhbəri" təyin edilib.

Andrey Alekseyenko Krasnodar vilayətinin Xarkov vilayətinə himayədarlıq edəcəyini də söyləyib.

Ukrayna kəşfiyyat məlumatlarına görə, Rusiya ələ keçirilən Ukrayna ərazilərinin Rusiya Federasiyasına daxil olması ilə bağlı payızda referendum keçirməyi planlaşdırır.

/Musavat.com