SON DƏQİQƏ! Manaf Ağayev həbs olundu FOTO

SON DƏQİQƏ! Manaf Ağayev həbs olundu FOTO
Gündəm 18 Fevral 2022 13:50

Müğənni Manaf Ağayev və iş adamı Sənan Hüseynov həbs olunublar. 

 Oxu.Az-ın məlumatına görə, bu barədə məhkəmə qərar çıxarıb.

Belə ki, hər iki şəxs icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər ediblər. 

Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni Manaf Ağayev və Sənan Hüseynovun işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı.