ABŞ-da təyyarə restorana çırpıldı - 2 nəfər öldü
ABŞ-ın İllinoys ştatında mühərrikindəki nasazlıq səbəbindən məcburi eniş edən kiçik təyyarə yol kənarındakı restorana çırpılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarənin pilotu və yanında olan bir nəfər həlak olub.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.