Rusiya S-400-lərin növbəti alayını Hindistana göndərir

Rusiya S-400-lərin növbəti alayını Hindistana göndərir
Dünya 15 Avqust 2022 16:17

Hindistan Rusiyadan S-400 zenit-raket komplekslərinin ikinci alayını yaxın günlərdə alacaq.

Sitat.info xəbər verir ki, bu barədə “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev deyib.

“Müqavilə uğurla həyata keçirilir. Yaxın günlərdə ikinci alayı çatdıracağıq. 2023-cü ilin sonuna kimi isə 5 alayın hamısını göndərəcəyik”, - Mixeyev bildirib.

Onun sözlərinə görə, 300-dən çox hindistanlı mütəxəssis S-400-lərlə bağlı təlimlər keçiblər.