Bakıda tələbə qəzada öldü

Bakıda tələbə qəzada öldü
HADİSƏ 14 Avqust 2022 13:39

Azərbaycanda daha bir tələbə avtomobil qəzasının qurbanı olub. 

“Sitat.info” xəbər verir ki, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təhsil ixtisasında təhsil alan Nəzrin Ələsgərova avtoqəza nəticəsində həyatını itirib.

Kollec rəhbərliyi tələbənin vəfatı ilə əlaqədar başsağlığı verib.