AzTV-nin əməkdaşı qəfil vəfat etdi

AzTV-nin əməkdaşı qəfil vəfat etdi
HADİSƏ 11 Avqust 2022 17:51

Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Fariz Babayev qəfil vəfat edib.

SİTAT.İNFO xəbər verir ki, Fariz Babayev məzuniyyətdə olarkən dünyasını dəyişib.

1983-cü il təvəllüdlü F.Babayevin hansı səbəbdən vəfat etdiyi hələ ki məlum deyil. 

Fariz Babayev evli idi və üç yaşlı bir övladı var.