Bakıda 16 yaşlı qızı maşın vurub öldürdü

Bakıda 16 yaşlı qızı maşın vurub öldürdü
HADİSƏ 10 Avqust 2022 12:03

Bakıda 16 yaşlı qızı maşın vurub.  

Sitat.info Lent.az-a istinadən xəbər verir ki, hadisə Zabrat-Maştağa yolunda qeydə alınıb. 

67 yaşlı Yusif Əliyev idarə etdiyi VAZ markalı maşınla yolu keçən 2006-cı il təvəllüdlü Nəzrin Ələsgərovanı vurub.

Nəticədə piyada hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.