Rusiyada təyyarə qəzasında 3 nəfər ölüb

Rusiyada təyyarə qəzasında 3 nəfər ölüb
HADİSƏ 08 Avqust 2022 17:13

Rusiyanın Komi Respublikasında Cessna təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

Apa RBC-ya istinadən xəbər verir ki, faktla bağlı İstintaq Komitəsində cinayət işi açılıb.

Meşələrin mühafizəsi ilə məşğul olan təyyarənin Uxta şəhərində aeroportdan 400 metr məsafədə qəzaya uğradığı bildirilib.