İranın hərbi gəmiləri Bakıya gəldi - Fotolar

İranın hərbi gəmiləri Bakıya gəldi - Fotolar
Gündəm 07 Avqust 2022 12:43

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 7-də Bakıya gəliblər.

"Sitat.info" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.